Paşinyanın təyyarəsinin ilk dəfə Azərbaycanın hava məkanından keçməsi
Ermənistanın baş naziri Nikol Paşinyanı daşıyan təyyarə ilk dəfə olaraq Azərbaycanın hava məkanından keçib. Bu hadisə regionda kommunikasiya xətlərinin açılması və dövlətlər arasında qarşılıqlı etimadın güclənməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az” a bildirib ki, N.Paşinyanın təyyasərsinin Azərbaycanın hava limanından keçməsi əhəmiyyətli hadisə sayılmır:
“Sözügedən uçuş daha çox texniki marşrut seçimi ilə bağlı olub və real siyasi proseslərə təsir göstərə biləcək ciddi hadisə kimi qiymətləndirilmir. Sərhədlərin açılma prosesi zəruri olduqda buna hər iki dövlətin rəhbərləri aparılan danışıqlar nəticəsində razılığa gələcək. Bundan sonra iki tərəf arasında iqtisadi inteqrasiya, mədəni inteqrasiya və s. sahələrdə əlaqlərin güclənməsi gözlənilən haldır. Gələcək kommunikasiya yollarının açılmasında bu hadisə mühüm təsir göstərmir və heçbir strateji əhəmiyyəti yoxdur. Strateji əhəmiyyət daşıyan yeganə hadisə tərəflərin iradəsidir”.
Fatimə Hüseynli
