00:00:00
Yazar
Admin User
15.12.2025 13:59 125 2 dəq oxuma
Sosial

Paytaxt restoranlarında Yeni il qiymətləri

Paytaxt restoranlarında Yeni il qiymətləri

Bəzi insanlar Yeni il gecəsini evdə yox, restoranlarda qeyd etməyi sevirlər. Bu baxımdan restoranların 31 dekabr gecəsi üçün qiymətləri daim maraq doğurur.

Bakıda elə əyləncə mərkəzləri var ki, Yeni il gecəsi üçün bir nəfərlik qiymət 400 manat təşkil edir. Bəzi obyektlərdə isə 150-200 manat arasıdır. Hətta bir neçə restoranda qiymətlər masaların səhnəyə yaxınlığı ilə dəyişir.


Mövzu ilə əlaqədar “İnformator.az” iqtisadçı və yeni ili restoranda qeyd edənlərin fikrini öyrənib.


Real partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Yeni il gecəsi ilə bağlı qiymətlər hər il müzakirə mövzusuna çevrilir:


“Bu sahə özəl sektora aiddir və qiymətlər əsasən tələb və təklif mexanizmi ilə tənzimlənir. Maddi imkanı olan şəxslər restoranlara üz tutaraq əvvəlcədən yerlər sifariş edə bilirlər. Qiymətlər ilk baxışda yüksək və hətta ürküdücü görünə bilər. Nəzərə alsaq ki, ölkədə minimum əməkhaqqı 400 manat, orta aylıq əməkhaqqı isə təqribən 1100 manat civarındadır, bu məbləğlər bir çox ailələr üçün kifayət qədər böyük büdcə hesab olunur.
Bu sahədə dövlət səviyyəsində qiymətlərin birbaşa tənzimlənməsi həyata keçirildiyi təqdirdə, ilkin mərhələdə keyfiyyətin aşağı düşməsi, daha sonra isə qiymətlərin yenidən artması ehtimalı yarana bilər. Restoranlar əldə etdikləri gəlirlərdən vergi ödəməli, təqdim etdikləri ərzaq məhsulları isə sağlamlıq standartlarına cavab verməlidir. Bu iki məsələ dövlət nəzarəti altındadır. Digər tərəfdən isə qiymətlərin formalaşması rəqabətli mühitdə baş verir. Xüsusilə kafe və restoran sektorunda real rəqabət mövcuddur və qiymətlər məhz tələb və təklif qanunlarına uyğun olaraq müəyyənləşir”.

 

Bayramları restoranda qeyd etməyi sevən Nigar Qasımova bildirib ki, ödədiyim əsaslandırılan qiymət olub-olmaması restorandan asılıdır:


“Amma yəməklər, musiqi, atmosfer, xidmət nə qədər mükəmməl olsa da, bir nəfər üçün 400 manat çoxdur. Mən bu məbləği uyğun hesab etmirəm. Bakıda yeni ili qeyd etmək üçün çoxlu sayda həm büdcəyə uyğun,həm də yemək,musiqi,atmosfer baxımından gözəl yerlər var. Əslində, yemək, musiqi və atmosfer öz özlüyündə vacibdir. Amma mən atmosferi seçərəm və atmosfer birazda bizim özümüzdən asılıdır. Əgər biz və yeni ili keçirdiyimiz insanlarl əylənməyi biliriksə, şənlikdə bir o qədər əla keçəcək. Amma əyləncə üçün musiqi çox önəmlidir. Əslində, büdcə olaraq ev və ya restoran çox fərq etmir. Restoranın üstünlüyü odur ki, ev dağılmır və yemək bişirmək, evi yığmaq və s. kimi yorucu işlər olmur. Yəni böyük ehtimal gələn ildə yeni ili restoranda keçirəcəm”. - deyə bildirib.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər