00:00:00
Yazar
Admin User
11.12.2025 17:13 98 2 dəq oxuma
Sosial

Pedaqoji işçilərə tədris ilində məzuniyyət veriləcək

Pedaqoji işçilərə tədris ilində məzuniyyət veriləcək

Rəsmi məlumata görə, pedaqoji işçilərə artıq tədris ili ərzində də məzuniyyət verilməsi mümkün olacaq. Yeni qərar müəllimlərin iş yükünün tənzimlənməsi və sosial təminatının yaxşılaşdırılmasına yönəlib. Tədbirin qüvvəyə minmə tarixi və tətbiq mexanizmi barədə əlavə məlumat yaxın günlərdə açıqlanacaq.

 

“Master of Science” Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrət oğlu bildirib ki, qərara əsasən müəllimlər artıq yalnız yayda deyil, tədris ili ərzində də məzuniyyətə çıxa biləcəklər:

 

“Onun sözlərinə görə, bu məsələ uzun illərdir gündəmdə idi, çünki indiyə qədər müəllimlərin yalnız yay məzuniyyəti olub və tədris ili ərzində şəxsi səbəblərlə məzuniyyət almaq çətin idi. Ekspert deyir ki, qərarın məqsədi müəllimlərin psixoloji və fiziki yükünü azaltmaq, onların sosial təminatını yaxşılaşdırmaq və tam ştatlı müəllim sisteminə keçid çərçivəsində çevik iş modelini tətbiq etməkdir. Əvəzləyici müəllim mexanizmi tətbiq oluna bilər, məzuniyyətlər elektron planlaşdırma ilə əvvəlcədən sistemdə qeyd edilə bilər və məzuniyyətlərin qısa 5-10 günlük olması gözlənilir və dərs yükü daha çevik bölüşdürüləcək, əvəzləyici müəllimlər vasitəsilə dərslər boş qalmayacaq və planlı dərs qrafikləri hazırlanacaq. Müəllimin məzuniyyəti səbəbilə əlavə dərs yükü yaradıla bilməz, qaydalara görə dərslər sonradan müəllim vasitəsilə keçirilməməlidir və ehtiyat müəllim bazasının genişləndirilməsi zəruridir. MİS üzərindən idarəetmə, normativ cədvəllərin tənzimlənməsi və vahid ölkə sistemi qurulması kimi mexanizmlərin də tətbiqi gözlənilir. Bu mexanizm ölkənin bütün məktəblərində müəllimlər üçün daha ədalətli və planlı məzuniyyət imkanı yaradacaq". 

 

Mövzu ilə bağlı müəllim A.İsmayılova bildirir ki, pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət verilməsi nəzərdə tutulsa da, o, bu qərarın praktikada tətbiq olunacağına inanmır:

 

“Onun sözlərinə görə, bu qərar kağız üzərində müəllimlərin xeyrinə görünə bilər, lakin real şəraitdə müəllimləri dərsdə daha uzun saxlamağın bir mənası yoxdur. Məsələn, başqa rayondan gəlib işləyən müəllim axşam saat 6-ya qədər məktəbdə qalmalı olsa, bu onun ailə həyatı və şəxsi vaxtı ilə uyğunlaşmayacaq, üstəlik, həmin saatlardan sonra ictimai nəqliyyat normal fəaliyyət göstərmir və müəllim evinə necə qayıdacağını düşünmək məcburiyyətində qalır. Mən hesab edirəm ki, qərarın əsas məqsədi şagirdlərin daha çox məktəbdə qalması, hazırlığa ehtiyacın azalması və müəllimlərin məktəbdən kənar hazırlıq keçməsinin qarşısının alınması ola bilər. Amma o bunun real nəticə verəcəyinə inanmıram və düşünürəm ki, yenə də eyni vəziyyət davam edəcək: şagirdlər hazırlığa gedəcək, müəllimlər isə hazırlıq keçməyə davam edəcəklər. Onun fikrincə, əsas problem dərsliklərin zəif və sistemsiz hazırlanmasıdır. Şagirdlər imtahan proqramını dərsliklərdən öyrənə bilmədikləri üçün hazırlığa ehtiyac yaranır. Onun fikirlərinə görə, bu dəyişikliklərin müsbət nəticəsi olsa belə, bu, ancaq uzun illər sonra bəlkə də 15-20 ildən sonra görünəcək. Hazırda isə o, bu sistemdən ciddi gözlənti içində deyil və proseslərin müsbət nəticə verəcəyinə inanmır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər