00:00:00
Yazar
Admin User
18.12.2025 18:56 124 2 dəq oxuma
Maraqlı

Pendir yemək demensiya riskini azalda bilər

Pendir yemək demensiya riskini azalda bilər

İsveçdə 25 il ərzində aparılan genişmiqyaslı bir araşdırma göstərib ki, hər gün 50 qramdan çox yağlı pendir istehlakı demensiya riskini 13 faiz azaldır.

 

Elm dünyasında maraq doğuran bu nəticələr xüsusilə yüksək yağ tərkibli pendirlərin zehni sağlamlığın qorunmasında gözlənilməz bir qoruyucu rol oynaya biləcəyini ortaya qoyur.

 

İnsanlığın ən sevdiyi dadlardan biri olan pendir sağlamlığımız üçün gözlənilməz və hətta möcüzəvi bir fayda daşıya bilər. İsveçdə təxminən 25 il ərzində 27 mindən çox yetkin şəxsin izlənildiyi genişmiqyaslı araşdırma, hər gün mütəmadi olaraq yüksək yağlı pendir istehlakının demensiya (bunama) riskini nəzərəçarpacaq dərəcədə azalda biləcəyini ortaya qoyub.

 

Lund Universiteti tərəfindən aparılan bu uzunmüddətli tədqiqat göstərir ki, xüsusilə brie, gouda, çeddər və mozzarella kimi yağ tərkibi 20 faizdən çox olan pendirləri gündə 50 qramdan artıq istehlak edən şəxslər zehni sağlamlığın qorunması baxımından daha üstün mövqedədirlər.

 

Onilliklərdir mövcud olan “yağlı qidalar sağlamlığa zərərlidir” düşüncəsini kökündən sarsıdan bu nəticələr, sağlam yağların beyin funksiyaları üzərində müsbət təsirinə dair yeni müzakirələrə yol açıb. Araşdırma məlumatlarına əsasən, hər gün yüksək miqdarda yağlı pendir yeyən şəxslərdə demensiyaya tutulma riski, çox az pendir istehlak edənlərlə müqayisədə 13 faiz daha aşağıdır.

 

Maraqlı məqam ondan ibarətdir ki, eyni qoruyucu təsir az yağlı pendirlərdə, süddə və ya yoğurt kimi fermentləşdirilmiş məhsullarda müşahidə edilməyib. Bu da yüksək yağlı pendirlərin özünəməxsus tərkibinin beyin sağlamlığı üçün xüsusi əhəmiyyət daşıya biləcəyini düşündürür.

 

Dünya üzrə milyonlarla insana təsir edən və 2050-ci ilə qədər xəstə sayının üç dəfə artacağı proqnozlaşdırılan demensiyaya qarşı hələlik qəti müalicə üsulu mövcud deyil. Bu səbəbdən mütəxəssislər qidalanma vərdişlərinin qoruyucu bir mexanizm kimi rol oynaya biləcəyini vurğulayırlar.

 

Bununla yanaşı, alimlər hər hansı bir qidaya “möcüzə” kimi yanaşılmaması barədə xəbərdarlıq edirlər. 25 illik dövrü əhatə edən bu araşdırmada iştirakçıların həyat tərzinin zamanla dəyişə bilməsi ehtimalı, pendir ilə beyin sağlamlığı arasındakı bu maraqlı əlaqənin necə işlədiyini tam anlamaq üçün daha geniş tədqiqatlara ehtiyac olduğunu göstərir.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər