00:00:00
Yazar
Zəhra Həsənova
02.11.2026 22:50 32 2 dəq oxuma
Maraqlı

“Pendle Hilldə qorxunc bir varlıq var”: İngiltərənin məşhur cadugər məhkəmələrinin izi ilə

“Pendle Hilldə qorxunc bir varlıq var”: İngiltərənin məşhur cadugər məhkəmələrinin izi ilə

İngiltərənin Lankaşir bölgəsində yerləşən Pendle Hill 1612-ci ildə baş vermiş məşhur cadugər məhkəmələri ilə tanınır. Həmin il Pendle ərazisində yaşayan 12 nəfər cadugərlikdə ittiham olunub. Onlardan doqquzu günahkar bilinərək edam edilib. Bu hadisələrdən sonra bölgə haqqında çoxsaylı qorxulu əfsanələr, kabus və ruh hekayələri yaranıb.


Hadisələrin başlanmasına xalq təbabəti ilə məşğul olan Alizon Device ilə tacir Con Lou arasında baş vermiş mübahisə səbəb olub. Lou hadisədən sonra özünü pis hiss etdikdə Alizon cadugərlikdə ittiham edilib.

 

 Araşdırmalar nəticəsində onun nənəsi Elizabet Sautherns, xalq təbabəti ilə məşğul olan Enn Uitl və digər şəxslər də şübhəli bilinərək həbs olunublar. Daha sonra ittiham olunanların sayı artıb və onlar insanlara sehr vasitəsilə zərər verməkdə, qətllərdə və fövqəltəbii qüvvələrdən istifadə etməkdə günahlandırılıblar.


Məhkəmədə doqquz yaşlı Jennet Device-in ifadələri mühüm rol oynayıb. O, anasının, qardaşının, bacısının və nənəsinin əleyhinə ifadə verib. Nəticədə 12 təqsirləndirilən şəxsdən doqquzu asılaraq edam edilib, bir nəfər bəraət alıb, digər iki nəfər isə edamdan əvvəl həbsdə həyatını itirib və ya başqa ərazidə edam olunub. İngiltərədə cadugərlik yalnız 1736-cı ildə cinayət hesab edilməkdən çıxarılıb.

 

Bu gün Pendle Hill tarixi və qorxulu əfsanələri ilə turistlərin diqqətini cəlb edir. Bölgədə yerləşən Newchurch-in-Pendle kəndi, Müqəddəs Məryəm kilsəsi, Ashlar House və Lancaster qalası hadisələrin izlərini qoruyub saxlayır. Xüsusilə Ashlar House cadugərlikdə ittiham olunan şəxslərin saxlanıldığı yerlərdən biri hesab olunur. Lancaster qalasında isə məhbusların həbs edildiyi zindanları görmək mümkündür.

 

Turistlər Pendle Cadugərlər Yolu ilə hərəkət edərək vaxtilə ittiham olunan şəxslərin keçdiyi marşrutu izləyə bilərlər. Bölgə haqqında danışılan ruh və kabus əfsanələri xüsusilə Halloween bayramı ərəfəsində marağı artırır. Yerli əfsanələrə görə, Pendle Hillin dumanlı və qaranlıq atmosferi insanlarda izaholunmaz qorxu və narahatlıq hissi yaradır.

 

Arzum Ağazadə

#azərbaycan #izi #məşhur #var”: #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər