00:00:00
Yazar
Admin User
21.01.2026 05:57 72 1 dəq oxuma
Dünya

Pentaqon ABŞ-nin NATO-nun bir neçə mexanizmində iştirakını azaltmağı planlaşdırır

Pentaqon ABŞ-nin NATO-nun bir neçə mexanizmində iştirakını azaltmağı planlaşdırır

Pentaqon rəhbərliyi ABŞ-nin Silahlı Qüvvələrinin NATO-nun təxminən 30 mexanizmində iştirakını azaltmağı planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The Washington Post" öz mənbələrinə istinadən xəbər yayıb.

 

Nəşrin məlumatına görə, bu addım təxminən 200 hərbi qulluqçuya təsir edəcək və ABŞ-nin müxtəlif döyüş sahələrində ittifaq qüvvələrini yetişdirən təkmilləşmə mərkəzləri də daxil olmaqla, təxminən NATO-nun 30 təşkilatında iştirakını azaldacaq. Pentaqon müddəti tədricən bitənlərin yerinə heyət göndərməməyi planlaşdırır ki, bu da prosesi illərlə uzada bilər.

 

Mənbələr ixtisarın enerji təhlükəsizliyi, dənizdə hərbi hərəkətlər, xüsusi əməliyyatlar və kəşfiyyat üzrə məsləhət qruplarına təsir edəcəyini vurğulayıblar. Bu addım bir neçə aydır, nəzərdən keçirilir, ABŞ və NATO müttəfiqləri arasında Qrenlandiya üzərində artan gərginliklə əlaqəli deyil.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər