00:00:00
Yazar
Admin User
15.04.2015 06:33 1368 1 dəq oxuma
Dünya

Pentaqon kibermüharibələrə hazır deyil

Pentaqonun kiber əməliyyatların effektiv aparılması üçün kifayət qədər gücü yoxdur.
Pentaqon kibermüharibələrə hazır deyil

Birləşmiş Ştatlar dünya miqyasında kibermüharibələrin aparılmasına hazır deyil.

İnformator Lenta-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin kibertəhlükəsizlik üzrə baş müşaviri Erik Rozenbah bildirib.

Senatorların suallarını cavablandıran müşavirin sözlərinə görə, Pentaqonun kiber əməliyyatların effektiv aparılması üçün kifayət qədər gücü yoxdur. Eyni zamanda hərbi qurumun nümayəndəsi qeyd edib ki, ABŞ haker hücumlarını dəf etməyə qadirdir. O, Pentaqonun kibertəhlükəsizlik sahəsində texniki və kadr problemləri ilə rastlaşdığını da əlavə edib.

Pentaqon rəhbəri Eşton Karter E.Rozenbahın çıxışından sonra lazım olacağı halda kibertəhdidlərlə mübarizənin maliyyələşdirilməsi üçün böyük vəsaitlər ayrılacağını bəyan edib. E.Karter vurğulayıb ki, ABŞ Müdafiə Nazirliyi ictimaiyyətə gələn həftə açıqlanacaq yeni kiberstrategiya hazırlayır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər