00:00:00
Yazar
Admin User
07.04.2023 08:11 261 2 dəq oxuma
Dünya

Pentaqondan Rusiya və Ukrayna müharibəsilə bağlı

Pentaqondan Rusiya və Ukrayna müharibəsilə bağlı

Ağ Ev rəsmiləri ABŞ və NATO-nun Rusiya qoşunlarına qarşı planlaşdırılan hərbi əməliyyatdan əvvəl Ukrayna ordusunu gücləndirmək məqsədi daşıyan gizli müharibə sənədlərinin sosial media kanallarına sızdığını açıqlayıb.

 

İNFORMATOR.AZ Euronews-ə istinadən xəbər verir ki, Pentaqon Rusiyada geniş istifadə olunan Twitter və Telegram-a sənədlərin sızması ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

 

Hərbi analitiklər bildirirlər ki, ilkin sənədlərin bəzi hissələri dəyişdirilib, Ukrayna əsgərlərinin sayı daha çox, Rusiyanın isə itkiləri azalıb.

 

ABŞ mətbuatı yazıb ki, ilkin sənədlərdə yer alan silah daşımaları, qoşun və batalyon qüvvələrinin fotoşəkilləri və cədvəllərinin sızması Amerika kəşfiyyatı üçün böyük pozuntu sayılır.

 

Bayden hökumət rəsmiləri sözügedən yazıları silməyə çalışsalar da, buna nail ola bilməyiblər.



Pentaqon rəsmisi Sabrina Sinq "Sosial media yazıları ilə bağlı xəbərlərdən xəbərdarıq və nazirlik məsələni araşdırır" - deyə məsələyə münasibət bildirib.

 

Sənədlərdə Ukraynanın hücuma necə, nə vaxt və harada başlamağı planlaşdırdığı kimi konkret müharibə planları yer almayıb. Ukraynanın Rusiyaya qarşı hücuma keçəcəyi gözlənilirdi. Bunun may ayında başlanması gözlənilir.

 

Martın 1-ə aid sənədlər ABŞ və Kiyev hökumətinin Ukrayna qoşunlarının hərbi əməliyyatlar üçün nəyə ehtiyacı ola biləcəyi ilə bağlı fikirlərini təqdim edir.

 

Sənədlərdə konkret məlumat olmasa da, Rusiyaya bir çox mühüm ipucu verir. Məsələn, sursat anbarları, infrastruktur və qoşunların cəmləşməsi kimi hədəflərə uzaqdan hücum edə bilən, Amerika tərəfindən təchiz edilmiş yüksək hərəkət qabiliyyətinə malik HIMARS artilleriya raket sistemlərinin xüsusiyyətləri qeyd edilir. Pentaqon Ukrayna hərbçilərinin HİMARS sursatlarından nə qədər tez istifadə etdiyini ictimaiyyətə açıqlamayıb, lakin bu məlumatlar sənədlərdə yer alıb.



Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər