Peşə tanınması imtahanında 18 namizəd uğur qazanıb
Martın 17-də DİM vasitəsilə xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib. Qeydiyyatdan keçən 181 nəfərdən 35-i imtahana qatılmayıb, 18 namizəd isə müvəffəqiyyət qazanıb. Nəticələr DİM-in rəsmi saytında yerləşdiriləcək.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “İnformator.az”a açıqlamasında bildirib ki, peşə tanınması ilə bağlı Dövlət İmtahan Mərkəzi keçirilən imtahanlar müvafiq dövr ərzində fərqli tarixlərdə təşkil olunur və bu imtahanlarda xaricdə təhsil almış vətəndaşlar iştirak edirlər:
“Namizədlərin ixtisasla bağlı bilik və bacarıqları yoxlanılır. Peşə təhsili, orta ixtisas, ali təhsil və digər istiqamətlər üzrə xaricdə təhsil almış şəxslər peşə tanınması mərhələsində iştirak edərək uğur qazandıqları halda, onların diplomları ölkə daxilində tanınır. O bildirib ki, bu proses yalnız imtahan mərhələsindən ibarətdir və bundan sonra əlavə prosedurlar tətbiq edilmir”.
Mələk Hüseynova