Peskov Putinə sui-qəsddə Kiyev və ABŞ-ı günahlandırdı
Ötən gün Rusiyanın inzibati mərkəzi olan Kreml Sarayına edilən müəmmalı dron hücumu ilə bağlı müzakirələr davam edir.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Kiyev məsuliyyəti rədd etdiyi halda, Moskva ABŞ-ı günahlandırıb.
Ukrayna administrasiyasının davamlı “bizimlə heç bir əlaqəsi yoxdur” bəyanatlarına məhəl qoymayan Moskva bu gün də insidentə görə həm Ukraynanı, həm də ABŞ-ı günahlandırmağa davam edib.
Kremlin sözçüsü Dmitriy Peskov Kremlə də hücum cəhdinin arxasında Kiyevlə yanaşı, Vaşinqtonun da olduğunu deyib: "Biz çox yaxşı bilirik ki, Kiyev rejimi təkbaşına Rusiyanın paytaxtı Moskvanın göbəyində yerləşən Kreml Sarayına hücum barədə qərar verə bilməz. Hadisənin arxasında əsl məsul şəxs, hücumu əmr edən ABŞ-dır".
Peskov Senat binasının günbəzini örtən lövhələrdən ikisinin hücumda zədələndiyini və yaxın zamanda yenilənəcəyini bildirib.
Sayad
