00:00:00
Yazar
Zəri Bayramlı
29.10.2026 22:22 39 1 dəq oxuma
Siyasət

Peskov: Rusiya və Ukraynanın qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabi danışıqlarında müzakirə olunacaq

Peskov: Rusiya və Ukraynanın qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabi danışıqlarında müzakirə olunacaq

Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda müzakirə ediləcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, görüşdə atəşkəs, təhlükəsizlik zəmanətləri və Ukraynanın ərazi bütövlüyü müzakirə olunacaq:

 

 

“Ən mürəkkəb məsələ Rusiyanın təhlükəsizlik tələbləru ilə Ukraynanın suverenlik və təhlükəsizlik maraqları arasında ortaq məxrəc tapılmasıdır. Əbu-Dabi danışıqları müharibənin diplomatik yollarla həlli istiqamətində mühüm addım ola bilər. Danışıqlarda enerji obyektlərinə hücumların dayandırılması, Qara dənizdə təhlükəsizlik və əsir mübadiləsinin də gündəmdə olması mümkündür. Görüşün ən əsas nəticəsi tərəflər arasında davamlı dialoqun bərpası və mərhələli sülh prosesinə zəmin yaradılması gözlənilir”.

 

Pənahova Şəbnəm

#ukraynanın #müzakirə #təhlükəsizlik #təminatları #qarşılıqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər