00:00:00
Yazar
Vüqar Alışov
21.03.2026 20:21 16 2 dəq oxuma
Sosial

"Peyvəndlər xərçəng riskini də azalda bilər"- Onkoloqdan vacib çağırış

"Peyvəndlər xərçəng riskini də azalda bilər"- Onkoloqdan vacib çağırış

İctimai sağlamlığın qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması müasir səhiyyə sisteminin əsas prioritetlərindən biridir. Bu istiqamətdə ən effektiv tədbirlərdən biri peyvəndləmə hesab olunur. Peyvəndlər elmi əsaslara söykənərək insan orqanizmində immunitet formalaşdırır və bir sıra təhlükəli xəstəliklərin yayılmasının qarşısını alır. Bununla belə, cəmiyyətdə peyvəndlərin zəruriliyi və təhlükəsizliyi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bu isə “Peyvənd vurdurmaq vacibdirmi?” sualını aktual elmi və ictimai müzakirə mövzusuna çevirir.

 

Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov “İnformator.az”a bildirib ki, peyvəndləmə mütləq şəkildə vacibdir:

 

“Çünki peyvənd bir çox yoluxucu xəstəliklərin qarşısını alır. Eyni zamanda artıq bir sıra ölkələrdə onkoloji xəstəliklərin profilaktikasında da xüsusi peyvənd proqramları ön plana çıxır. Buraya qaraciyər xərçəngi də daxildir. Qaraciyər xərçənginin yaranmasının əsas səbəblərindən biri hepatit D və hepatit C viruslarıdır. Bu səbəbdən onların qarşısını almaq üçün müvafiq peyvəndlər tətbiq olunur”.

 

Həkim qeyd edib ki, son dövrlərdə qadınlar arasında geniş yayılan uşaqlıq boynu xərçənginin qarşısının alınmasında da peyvəndlərin rolu böyükdür:

 

“Bu xəstəliklə bağlı xüsusi peyvəndlər mövcuddur və onların tətbiqi çox önəmlidir. Sevindirici haldır ki, bu peyvənd ölkəmizdə də mövcuddur və istifadəsi uşaqlıq boynu xərçənginin qarşısının alınmasında mühüm rol oynayır. Ümumilikdə peyvəndlər həm yoluxucu, həm də bəzi onkoloji xəstəliklərin profilaktikasında geniş əhəmiyyət daşıyır. Ağciyər xərçəngi də son illərdə geniş yayılıb və uşaqlıq dövründə vurulan bəzi peyvəndlər bu istiqamətdə də qoruyucu təsir göstərir. Xüsusilə uşaqlara vurulan peyvəndlər ağciyər vərəminin qarşısının alınmasında çox böyük rol oynayır. Buna görə də, bu peyvəndlərin olunması məqsədəuyğundur ki, həm yoluxucu, həm də müəyyən onkoloji xəstəliklərin qarşısı alınsın”.

 

Mütəxəssis vurğulayıb ki, peyvəndləmə prosesini yalnız tibbi müəssisələrdə və ixtisaslı həkimlər aparılmalıdırlar:

 

“Çünki bəzi hallarda yan təsirlər müşahidə oluna bilər. Peyvənd olunduqdan sonra insan özünü soyuqdan qorumalıdır. Həmçinin bəzi peyvəndlər allergik reaksiyalara səbəb ola bilər. Buna görə də, peyvəndin hər yerdə və nəzarətsiz şəkildə vurulması məsləhət görülmür”.

Mehriban Yariyeva

#Tibb #Xərçəng #Peyvənd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər