00:00:00
Yazar
Banuçiçək Məmmədova
18.05.2026 16:55 23 2 dəq oxuma
Sosial

“Phishing” hücumları nədir və insanları necə aldadır?

“Phishing” hücumları nədir və insanları necə aldadır?

Müasir dövrdə kibercinayətkarların ən çox istifadə etdiyi üsullardan biri “phishing” hücumlarıdır. Bu hücumlar zamanı istifadəçilərə saxta mesajlar, e-poçtlar və ya saytlar vasitəsilə yaxınlaşılır, onların şəxsi məlumatları, bank kartı məlumatları və sosial şəbəkə hesabları ələ keçirilməyə çalışılır. Bəzən isə bu mesajlar bank, dövlət qurumu və ya məşhur platforma adından göndərildiyi üçün insanlar təhlükəni gec anlayır. Ekspertlər hesab edir ki, kibertəhlükəsizlik qaydalarına əməl etmək bu cür hücumların qarşısını almaqda əsas rol oynayır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında marketinq və süni intellekt alətləri istifadəsi üzrə təlimçi Abdulla Abdullayev bildirib ki, “Phishing” hücumları əsasən saxta e-poçtlar, SMS-lər, sosial şəbəkə mesajları və saxta saytlar vasitəsilə həyata keçirilir:

 

“Kibercinayətkarlar çox vaxt bank, dövlət qurumu və ya tanınmış platforma adından istifadə edərək insanlarda güvən yaratmağa çalışırlar. Məqsəd isə istifadəçinin şifrəsini, bank kartı məlumatını və ya şəxsi informasiyalarını əldə etməkdir. İnsanlar bu cür mesajları əsasən link ünvanına, yazı üslubuna və tələsdirici məzmuna diqqət edərək ayırd edə bilər. “Hesabınız bloklanacaq”, “Təcili daxil olun” kimi qorxu və təzyiq yaradan mesajlar ən böyük risk siqnallarındandır. Rəsmi qurumlar adətən istifadəçidən mesaj vasitəsilə şifrə və ya kart məlumatı tələb etmir. Süni intellekt artıq phishing hücumlarını əvvəlki dövrlərlə müqayisədə daha təhlükəli edib. Əvvəllər saxta mesajları qrammatik səhvlərdən və ya qeyri-peşəkar görünüşdən ayırd etmək daha asan idi. İndi isə AI vasitəsilə daha inandırıcı mətnlər, real insan səsinə bənzər audio qeydlər və hətta deepfake videolar hazırlamaq mümkündür. Xüsusilə fərdiləşdirilmiş phishing hücumları ciddi risk yaradır. Kibercinayətkarlar sosial şəbəkələrdəki açıq məlumatlardan istifadə edərək insanlara daha inandırıcı və hədəfli mesajlar göndərə bilir. Bu da istifadəçilərin aldadılma ehtimalını artırır”.

 

Banuçiçək Məmmədova

#azərbaycan #baki #gündəm #necə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər