Piylənmə ürək sağlamlığını təhdid edir
Professor Dr. Kervan ürək sağlamlığının qorunmasında qidalanma və fiziki aktivliklə yanaşı, yuxu rejiminə riayət etməyin və siqaretdən uzaq durmağın da böyük əhəmiyyət daşıdığını bildirib.
Sağlam olmayan qidalanma, siqaretdən istifadə, nizamsız yuxu və hərəkətsiz həyat tərzinin zaman keçdikcə metabolik xəstəliklərin yaranmasına zəmin hazırladığını deyən Kervan, piylənmənin yalnız artıq çəki olmadığını, bununla yanaşı diabet və digər metabolik xəstəliklərə də səbəb ola biləcəyini vurğulayıb.
Müasir həyat tərzinin insanları getdikcə daha hərəkətsiz etdiyini bildirən Kervan, hətta qısa məsafələrdə belə avtomobildən istifadə edilməsinin, liftə üstünlük verilməsinin və gündəlik fiziki aktivliyin azalmasının ürək sağlamlığına mənfi təsir etdiyini qeyd edib.
Metabolik xəstəliklərin inkişaf etməsi ilə ürək-damar sisteminin də zərər gördüyünü bildirən Kervan, diabetin koronar damar xəstəliklərinə, bunun isə zamanla ciddi ürək çatışmazlığına qədər irəliləyə biləcəyini deyib.
Bağışlanan hər ürək köçürülə bilmir.Ürək transplantasiyası baxımından digər mühüm məsələnin uyğun donorun tapılması olduğunu diqqətə çatdıran Professor Dr. Kervan, Türkiyədə beyin ölümü müəyyən edilən şəxslərin ailələrinin təxminən dörddə birinin orqan bağışlanmasına razılıq verdiyini bildirib.
Kervan qeyd edib ki, orqan bağışlanmasına razılıq verilməsi hər zaman həmin ürəyin transplantasiya üçün uyğun olması demək deyil. Yaş, ölüm səbəbi, travma, ürəyin uzun müddət dayanmış olması, damarlarda daralma, ürək əzələsinin yığılma problemi və ya ürəkdə yağlanma kimi səbəblərdən orqan transplantasiya üçün uyğun hesab edilməyə bilər.
Səkinəbəyim Cəfərova
Xəbər Türk