00:00:00
Yazar
Asiman Vəliyeva
08.04.2026 20:38 150 2 dəq oxuma
Sosial

Poçt və çatdırılma xidmətlərində gecikmələr 

Poçt və çatdırılma xidmətlərində gecikmələr

Son illərdə onlayn alış-verişin artması ilə poçt və çatdırılma xidmətlərinə tələbat da sürətlə yüksəlib. Lakin bir çox insan paketlərinin gecikməsindən, çatdırılma zamanı səhvlərdən və məlumatların düzgün verilməməsindən şikayət edir. Bu, gündəlik həyatımızı, işimizi və hətta planlarımızı təsir edə bilir. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ünvanların yenilənməsinə ciddi ehtiyac var:

 

Ünvan portalında formalaşdırılan ünvanların qlobal xəritə sistemləri ilə inteqrasiyası olduqca vacibdir. Bu inteqrasiya sayəsində həm vətəndaşlar, həm də çatdırılma xidmətləri üçün istiqamətlənmə daha dəqiq və rahat olur. Xüsusilə, yeni salınan yaşayış massivləri və dəyişən küçə adları nəzərə alındıqda, köhnə və natamam ünvan məlumatları bir çox çətinliklər yaradır. Bundan əlavə, ünvanların standartlaşdırılması və rəqəmsal sistemlərdə düzgün əks olunması poçt və kuryer xidmətlərinin işini xeyli asanlaşdırır. Bu, çatdırılma prosesində gecikmələrin və səhvlərin azalmasına, eləcə də xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur. Nəticə etibarilə, poçt daşımalarının vaxtında və düzgün şəkildə ünvanlara çatdırılması təmin edilir, müştəri məmnuniyyəti artır və ümumi logistika sistemi daha səmərəli fəaliyyət göstərir”.

 

Həmçinin mövzu ilə bağlı jurnalist İlkin Məmmədkərimli bildirib ki, poçt və çatdırılma xidmətləri artıq müasir texnologiyalardan geniş şəkildə istifadə edir:

 

“GPS izləmə sistemləri, avtomatlaşdırılan sortlama mərkəzləri və onlayn izləmə platformaları paketlərin hər mərhələsini real vaxt rejimində izləməyə imkan yaradır. Bu texnologiyalar gecikmələrin və səhvlərin qarşısını almağa kömək etsə də, logistika şəbəkəsinin genişliyi, hava şəraiti, bayram mövsümü və qlobal ticarətdə yaranan çətinliklər kimi amillər çatdırılmada gecikmələrə səbəb ola bilər. Müştərilər isə paket ünvanlarını düzgün qeyd etməli, izləmə nömrələrindən istifadə etməli və çatdırılma prosesini mütəmadi olaraq izləməlidirlər. Bu sadə tədbirlər gecikmələri minimuma endirməyə və planlarını daha səmərəli şəkildə tənzimləməyə kömək edir”.

 

Gövhər Mehyəddinova

#yeni #azərbaycan #çatdırılma #xidmətlərində #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər