00:00:00
Yazar
Admin User
05.12.2025 16:58 100 2 dəq oxuma
Sosial

Poeziyada yeni tərəfdaş: süni intellektin söz sənətinə müdaxiləsi

Poeziyada yeni tərəfdaş: süni intellektin söz sənətinə müdaxiləsi

 

Süni intellektin poeziyaya daxil olması həm maraq, həm də suallar doğurur. Poeziya ilə texnologiyanın qarşı-qarşıya gəldiyi bu mərhələ müxtəlif yanaşmalar və fərqli baxışlar formalaşdırır.

Mövzu ilə bağlı olaraq İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, mən bunu yeni mərhələ kimi qiymətləndirirəm:


“Mən bunu poeziyanın sonu yox, onunla bağlı yeni bir mərhələ kimi qiymətləndirirəm. Süni intellekt artıq şeir forması yarada, ritmi, qafiyəni və obrazları təqlid edə bilir. Amma burada əsas məqam odur ki, AI insan kimi hiss etmir, yaşantı keçirmir. O, duyğunu yaşamır, sadəcə duyğunun dilini öyrənir. Bu baxımdan süni intellekt insan yaradıcılığına forma baxımından çox yaxınlaşa bilər, amma daxili hiss, ağrı, sevinc və şəxsi təcrübə baxımından insanın yerini tam tutması mümkün deyil. Texniki olaraq süni intellekt şeiri anlamaqla yox, böyük həcmdə mətnləri analiz etməklə işləyir. Minlərlə, milyonlarla şeir nümunəsinə baxaraq hansı sözlərin hansı emosiyalarla hansı mövzularla yanaşı gəldiyini öyrənir. Sonra bu statistik və semantik əlaqələr əsasında yeni mətn yaradır. Yəni AI şeirin mənasını dərk etmir, amma dilin içindəki mənalı strukturları düzgün şəkildə qurmağı bacarır. Bu da oxucuya sanki anlayaraq yazılıb təsiri bağışlayır. Şairlə süni intellektin əməkdaşlığı isə maraqlı imkanlar yarada bilər. AI yeni ifadə formaları təklif edə, ilham mənbəyi ola, dil oyunu qurmağa kömək edə bilər. Amma əsas məsuliyyət yenə də şairin üzərində qalır. İnsan istiqamət verməsə, süni intellektin yaratdığı mətnlər müəyyən müddətdən sonra ruhsuz və təkrarlanan görünə bilər. Təbiilik riski də burada ortaya çıxır. Bele ki, poeziya tam avtomatlaşdırılarsa, onun insanla bağlanan hissəsi zəifləyə bilər.”


Həmçinin xalq yazıçısı Elxan Elatlı da mövzuya münasibətini bildirib :


“Süni intellekt öz intellektini müxtəlif insanların fikirlərindən götürür və ya daha düzünü desək oğurlayır. Və onun ruhu yoxdur. Bu baxımdan deyə bilərəm ki Aİ poeziyaya yeni nəfəs gətirmir, onun təbiiliyini pozur. Bəlkə də , rəqib olacaq, amma bu işin nəticəsinin yaxşılığa gedəcəyini gözləmirəm. Əməkdaşlıq etmək olar,yalnız intellektindən yararlanmaq üçün. Yaxşı ədəbi əsər ortaya qoymaq üçün şair öz ürəyinin "yağını əritməlidir". Süni intellektdə isə yağını əritməli ürək yoxdur".


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər