Polaroid estetikası və zamansız cazibəsi
Polaroid - 1947-ci ildə amerikalı ixtiraçı Edvin Lendin yaratdığı və şəkilləri çəkildiyi an kağıza çıxaran fotokamera sistemidir. İdeya Lendin balaca qızının “Niyə şəkilə dərhal baxa bilmirəm?” sualından yaranıb. Polaroid şəkillərinin ən məşhur və klassik formatı 8.8 x 10.7 sm (daxili şəkil zonası isə kvadrat: 7.9 x 7.9 sm) ölçüsündə olur. Kamera işığı xüsusi kimyəvi təbəqəsi olan kağıza köçürür və şəkil bir neçə dəqiqəyə havanın təsiri ilə dərhal əllərinizdə görünür.
Müasir dövrdə rəqəmsal kameralar və smartfonlar varkən polaroid əlbəttə ki, kütləvi istifadə olunmur. Lakin o, tamamilə unutulmayıb - xüsusilə vizual görüntüsünə, interyerdə estetik duruşuna və xüsusi tədbirlərdə (ad günləri, toy, səyahət) anı fiziki olaraq saxlamaq həvəsinə görə müəyyən bir kütlə tərəfindən hələ də sevilərək istifadə edilir.
Samirə Allahverdizadə