00:00:00
Yazar
Səadət Əlizadə
23.09.2026 17:19 61 1 dəq oxuma
Araşdırma

Polo qasırğası zəifləyib, Meksika sahilləri üçün təhlükə qalır

Polo qasırğası zəifləyib, Meksika sahilləri üçün təhlükə qalır

Sakit okeanda yaranan və mövsümün ən güclü qasırğalarından biri olan “Polo” Meksikanın cənub-qərb sahillərinə doğru hərəkət edir. Qasırğanın güclü külək və yağış gətirəcəyi, lakin sahilə birbaşa çıxmayacağı gözlənilir.

 

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) “Hurricane Hunter” təyyarəsi qasırğanın daxilində küləyin sürətinin saatda 180 milə (285 km/saat) yaxın olduğunu qeydə alıb.

 

“Polo” daha əvvəl Saffir-Simpson şkalası üzrə ən yüksək səviyyə olan 5-ci kateqoriyaya aid edilib. Lakin çərşənbə günü səhər 4-cü kateqoriyaya endirilib.

 

Qasırğanın Meksikanın cənub-qərb sahillərində güclü yağışa səbəb olacağı bildirilir. Sinoptiklər xüsusilə dağlıq ərazilərdə daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib.

 

Bəzi ərazilərdə yağıntının 15 santimetrə, ayrı-ayrı yerlərdə isə 20 santimetrə çatacağı proqnozlaşdırılır. Sakinlərə yaxın günlərdə güclü dalğalar və təhlükəli dəniz şəraiti ilə bağlı da xəbərdarlıq edilib.

 

Meksika Prezidenti Klaudiya Şeynbaum “Polo”nun sahilə birbaşa çıxmayacağını bildirib. Bununla belə, Sakit okean sahilində yaşayan sakinləri ehtiyatlı olmağa çağırıb. Xalisko, Kolima və Miçoakan ştatlarının risk altında olduğu qeyd edilib.

 

NOAA-nın məlumatına görə, okean sularının olduqca isti olması “Polo”nun yenidən güclənməsinə şərait yarada bilər.

#meksika #qasırğası #azərbaycan #təhlükə #qalır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər