00:00:00
Yazar
Admin User
15.05.2023 18:47 256 1 dəq oxuma
Dünya

Polşa ilk HIMARS sistemlərini alır

Polşa ilk HIMARS sistemlərini alır

Polşa ABŞ-ın texnologiya və aerokosmik şirkəti Lockheed Martin-ə 2019-cu ildə sifariş edilmiş 20 ədəd yüksək hərəkət qabiliyyətinə malik M142 HIMARS reaktiv atəş sistemlərinin ilk tədarükünü aldığını açıqlayıb.

 

İnformator.az CNN-ə istinaədən xəbər verir ki, paytaxt Varşavadakı aviabazada keçirilən mərasimdə çıxış zamanı Polşanın müdafiə naziri Mariuş Blaşçak HIMARS-ın Varmiya-Mazuriya bölgəsində 16-cı Mexanikləşdirilmiş Diviziyanın xidmətinə veriləcəyini bildirib.

 

Blaszczak ABŞ Konqresinin fevral ayında Polşaya daha 500 HIMARS satış etdiyini xatırladaraq, sözügedən raketlərin Polşaya mümkün qədər tez gətiriləcəyini və yüksək hərəkət qabiliyyətinə malik JELCZ yük maşınlarına quraşdırılacağını bildirib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər