Powerbank və digər elektron cihazlar hansı halda partlaya bilər?
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında təhkükəsizilik eksperti Rəşad Rza bildirib ki, Son vaxtlar bu cür hallarla tez-tez rastlaşırıq:
“Partlayışlar əsasən cihazın həddindən artıq qızması nəticəsində baş verir. Bu da günəş altında uzun müddət qaldıqda və ya fasiləsiz istifadə edildikdə baş verə bilər. Buna görə də müəyyən təhlükəsizlik qaydalarına əməl olunmalıdır.İlk növbədə cihazların həddindən artıq qızmasına yol verilməməlidir. Onları birbaşa günəş şüaları altında saxlamaq, uzun müddət fasiləsiz işlətmək kimi hallardan çəkinmək lazımdır. Bu qaydalara əməl etmək mümkün risklərin qarşısını almağa kömək edir.Əgər hadisə baş verərsə, təbii ki, dərhal təcili tibbi yardıma müraciət olunmalıdır”.
Nurgün Qənizadə