00:00:00
Yazar
Admin User
02.11.2025 16:35 129 1 dəq oxuma
İdman

Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib

Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib

Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.


"İnformator.az”ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.


Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.


"Gənclik şəhəri" təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci dəqiqələrdə, Ronaldo Vaskez 69-cu dəqiqədə fərqlənib. Naxçıvan klubunun qollarına 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurub.


Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Sumqayıt" dördüncü pilləyə yüksəlib. "Araz-Naxçıvan" 16 xalla beşinci sıradadır.


Günün ilk matçında "Turan Tovuz" evdə "Şamaxı"nı üstələyib - 2:1.


Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər