00:00:00
Yazar
Admin User
22.09.2025 17:23 134 2 dəq oxuma
İqtisadiyyat

Prezident: Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib

Prezident: Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. 2025-ci ildə 2017-ci ilə nəzərən dövlət büdcəsinin gəlirləri 2,4 dəfə, strateji valyuta ehtiyatları 1,9 dəfə artıb.

 

Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov "İnformator.az"a açıqlamasında bildirib ki, qeyri-neft-qaz sektorunun inkişafı ümumi iqtisadi artımda dayanıqlıq deməkdir: 

 

"Qeyri-neft sektorunun inkişafı prioritet vəzifə daşıyır, ona görə ki, ölkənin neftdən asılığını azaltmaq qarşıda duran ən mühüm tələb sayılır. Düzdür, son illər ərzində sözügedən sahədə böyük irəliləyiş var. Bu özünü xüsusən, adı çəkilən sahənin həm iqtisadiyyatda payının yüksəlməsində, həm də dövlət büdcəsi gəlirlərində çəkisinin artmasında göstərir. Keçən ilin nəticəsinə görə qeyri-neft-qaz sektoru ÜDM strukturunda 40,6% yer tutub. Büdcə gəlirlərində isə qeyd olunan sahə çoxdan 50%-i keçib. Əlbəttə, qeyri-neft-qaz sektorunun inkişafı ümumi iqtisadi artımda dayanıqlıq deməkdir. Bu davamlı iqtisadi artım üçün ən vacib şərtdir. Enerji asılılığı bunun üçün isə əksinə, risk törədir. Qeyri-neft-qaz sektorunun inkişafı və bu sahədə artım ölkənin iqtisadi təhlükəsizliyinin təmini üçün də zəmin yaradır. İxrac imkanlarımız genişlənir, məşğulluq artır, gəlirlər çoxalır, şaxələnir və s. Dövlət büdcəmizin mədaxil mənbələri xarici şəraitdən doğan təsir və təzyiq amillərindən xilas olur. Ümumiyyətlə, xarici iqtisadi proses və tendensiyalardan doğan təhdidlərdən qurtulmaq ölkəmiz üçün olduqca vacibdir. Azərbaycanın xarici bazarlara çıxara biləcəyi çox çeşiddə məhsulları vardır. Bunu yalnız qeyri-neft-qaz sektorunda artımla təmin etmək mümkündür".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər