00:00:00
Yazar
Admin User
11.04.2016 09:36 579 1 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verib

Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm
Prezident İlham Əliyev Hindistan Prezidenti Pranab Mukherciyə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə başsağlığı verib. İnformator.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir: 

“Hörmətli cənab Prezident, 

Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər