Prezident Əlcəzairlə ticarət və iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib
“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş” təsdiqlənib.
Mövzü ilə bağlı iqtisadçı ekspert Rüfət Quliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, son 30 il ərzində Azərbaycanın xarici siyasətinin əsas istiqaməti qarşılıqlı hörmətə və ikitərəfli maraqlara əsaslanan münasibətlərin qurulmasıdır:
“Azərbaycan dostluq və əməkdaşlıq etmək istəyən bütün ölkələrlə siyasi, iqtisadi və maliyyə münasibətlərinin inkişafında maraqlıdır. Azərbaycan öz təbii resurslarını, o cümlədən neft və qazı heç vaxt siyasi alət kimi istifadə etmir. Xarici siyasətimizin əsas prinsipi ikitərəfli faydaya əsaslanan və üçüncü ölkələrə problem yaratmayan əməkdaşlıqdır. Bu baxımdan, Əlcəzairlə münasibətlərin inkişafı və birgə komissiyanın yaradılması mərhələli tərəfdaşlığın gücləndirilməsinə xidmət edir. Azərbaycanın şəffaf, müstəqil və balanslı siyasəti Afrika, Asiya, Avropa və Latın Amerikası ölkələrinin ölkəmizlə əməkdaşlıqda maraqlı olmasını təmin edir”.
Fidan Alışova
