00:00:00
Yazar
Lalə Qafarova
08.04.2026 20:18 12 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan: Atəşkəslə bağlı məmnunluq duyuruq

Prezident Ərdoğan: Atəşkəslə bağlı məmnunluq duyuruq

 

Prezident Ərdoğan, “28 fevraldan bəri bölgəmizi alov yerinə çevirən müharibədə dünən gecə elan edilən atəşkəslə bağlı məmnunluq duyuruq” , - deyib.

 

O, sosial media hesabından etdiyi paylaşımda 28 fevraldan bəri bölgəni “alov yerinə çevirən” müharibədə elan olunan atəşkəs barədə fikirlərini bölüşüb.

Bu hadisədən məmnunluğunu ifadə edərək, prosesin həssaslıqla idarə olunmasının vacibliyinə diqqət çəkib.

“28 fevraldan bəri bölgəmizi alov yerinə çevirən müharibədə dünən gecə elan edilən atəşkəslə bağlı məmnunluq duyuruq. Olası təxribat və sabotajlara imkan verilmədən atəşkəsin sahədə tam olaraq tətbiq olunmasını arzu edirik" , -  deyə Ərdoğan bildirib.

 

Atəşkəsin təmin olunmasında rol oynayan ölkələrə və tərəflərə təşəkkür edən Prezident Ərdoğan, Pakistanın bu prosesdəki vacib rolunu vurğulayıb. "Başda dost və qardaş Pakistan olmaqla atəşkəs elanına gedən prosesdə töhfə verən bütün aktorları səmimi qəlbdən təbrik edirik" , -  deyib.

 

Coğrafiyanın sülh və sabitliyə olan ehtiyacına diqqət çəkən Ərdoğan, Türkiyənin qurucu rolunu davam etdirəcəyini qeyd edib: "Müharibə, qarşıdurma, gərginlik və zülmlərdən çox əziyyət çəkmiş bölgəmizin bir an əvvəl sülhə, əmin-amanlığa və sabitliyə qovuşması səmimi arzumuzdur. Türkiyə, bölgəsində və dünyada sülh səsini yüksəltməyə davam edəcək". 
 

TRT HABER 
Reyhan Quliyeva

#atəşkəslə #gündəm #prezident #bağlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər