00:00:00
Yazar
Admin User
14.04.2023 17:36 287 1 dəq oxuma
Dünya

Prezident Ərdoğan Diyarbakırda iftar proqramında çıxış edib

Prezident Ərdoğan Diyarbakırda iftar proqramında çıxış edib

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda iftar proqramında çıxış edib. 


İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, çıxışında zəlzələnin Türkiyə üçün yaratdığı problemlərə xüsusi yer verib: "İnancımıza görə, zəlzələ, sel, yanğın kimi təbii fəlakətlərdə həyatlarını itirənlər şəhid sayılır. Zəlzələ qurbanları ilə birlikdə bütün xalqımıza bir daha başsağlığı veririk. Müalicəsi davam edən yaralıların tezliklə sağalmasını arzu edirəm. Fevralın 6-da yaşadığımız zəlzələ fəlakətinin maqnitudasını təsvir etməyə sözlər yetərli deyil. Elm adamları 7,7 və 7,6 gücündə zəlzələləri əsrin təbii fəlakəti kimi müəyyənləşdirirlər. Bəzi yaşayış məntəqələrində yaşayan vətəndaşlarımız öz təcrübələrini qiyamət bənzətməsi ilə ifadə edirlər. Belə dağıdıcı fəlakətlə mübarizə zamanı insanın iradəsindən kənar bəzi məsələlər yarana bilər".

 

O, çıxışında zəlzələ xarabalıqları üstündə siyasət aparanların olduğunu da deyib: "Millətimiz onları çox yaxşı tanıyır. Əvvəlki bütün fəlakətlərdə olduğu kimi gəldilər, danışdılar, dağıntılar qarşısında göründülər  və sonra zəlzələ bölgəsini tamamilə gündəmlərindən çıxardılar".

 

Nəzrin Məşədiyeva

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər