Prezident Ərdoğan: Neft uğrunda aparılan mübarizə gələcəkdə su uğrunda aparılacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suyun diqqətlə istifadə olunmasının vacibliyini vurğulayaraq bildirib:
“Türkiyə dünyada su qıtlığı yaşayan ölkələr sırasındadır. Su ehtiyatlarımızdan səmərəli və şüurlu şəkildə istifadə etməliyik. Neft uğrunda aparılan mübarizə gələcəkdə su uğrunda aparılacaq".
Prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində Dövlət Su İşləri tərəfindən tamamlanan 563 obyektin toplu açılış mərasimində çıxış edib.
O qeyd edib ki, ümumi investisiya dəyəri 137 milyard TL olan layihələr vasitəsilə 896 milyon kubmetr suyun istifadəsi təmin olunub, 1 milyon 190 min dekar ərazi suvarmaya açılacaq. Həmçinin həyata keçirilən layihələr nəticəsində 52 min 400 dekar ərazi daşqınların vurduğu zərərlərdən qorunacaq.
TRT Haber
Səadət Əlizadə