00:00:00
Yazar
Admin User
24.12.2025 18:47 104 2 dəq oxuma
Maraqlı

Prezidentin enerji strategiyasına həsr olunan “Nur zəfəri” filmi təqdim edilib

Prezidentin enerji strategiyasına həsr olunan “Nur zəfəri” filmi təqdim edilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi enerji siyasətinə həsr olunan “Nur zəfəri” adlı sənədli film ictimaiyyətə təqdim olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Energetika nazirliyində ictimai şuranın üzvü Sadiq Həsənov bildirib ki, "Nur Zəfəri" filmi doğrudan da, son 20–30 ildə Azərbaycanın enerji sektorunda keçdiyi çətin, lakin uğurlu yolun əyani ifadəsidir:

 

"Film 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra ölkənin üzləşdiyi enerji böhranını, bu sahədə yaranmış dərin problemləri və həmin dövrdən başlayaraq həyata keçirilən bərpa və inkişaf proseslərini uğurla əks etdirib. O dövrdə Azərbaycanda işıq və qaz təminatı ciddi problemlərlə üzləşib. Bəzi bölgələrdə, xüsusilə də Naxçıvanda uzun müddət enerji çatışmazlığı hökm sürürdü. Hətta bir müddət enerji Türkiyə və İran vasitəsilə təmin olunurdu. Bu, ölkə üçün ciddi bir təhlükəsizlik və sosial məsələ idi.

 

Filmdə də qeyd olunduğu kimi, mərhum Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl enerji siyasəti nəticəsində bu çətinliklər aradan qaldırılıb. Hazırda Azərbaycan 8000 MVt-dan artıq enerji istehsal gücünə malikdir və illik elektrik enerjisi istehsalı 29–30 milyard kVt·s təşkil edib.

 

Bununla yanaşı, ölkədə istilik elektrik stansiyalarının yenidən qurulması və yeni stansiyaların tikintisi ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı da sürətlənir. 2024-cü ildə Cəbrayılda 230 MVt gücündə günəş elektrik stansiyası istismara verilib. Eyni zamanda, Xızı və Abşeronda külək və günəş enerjisi layihələri icra edilir (240 MVt gücündə). Növbəti mərhələdə Biləsuvarda 400 MVt, Neftçalada isə 450–500 MVt gücündə yeni günəş stansiyalarının qurulması planlaşdırılır.

 

Bu, Azərbaycanın enerji sektorunun sabit və dayanıqlı inkişaf etdiyini, enerji təhlükəsizliyinin təmin olunduğunu göstərir. Artıq Azərbaycan yalnız özünü enerji ilə təmin etmir, eyni zamanda neft, qaz və elektrik enerjisi ixrac edir. Hazırda illik təxminən 25–30 milyon ton neft və 45–50 milyard kubmetr qaz hasil olunur ki, bunun da əhəmiyyətli hissəsi xaricə ixrac olunur.

 

Bu uğurlar, şübhəsiz ki, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini gücləndirir, ölkəni xarici təsirlərdən qorumaq üçün mühüm zəmin yaradır. Hesab edirəm ki, bu film yalnız keçmişə baxış deyil, həm də gələcəyə inamın və strateji istiqamətin bariz nümunəsidir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər