00:00:00
Yazar
Admin User
29.08.2025 07:41 134 1 dəq oxuma
İqtisadiyyat

Problemli kreditlərin məbləği artıb

Problemli kreditlərin məbləği artıb

Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529,4 milyon manat təşkil edib.

 

"İnformator.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,4 % çoxdur.

 

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,9 %, son 1 ildə isə 16,7 % artıb.

 

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət iyunun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il iyulun sonuna isə 1,7 % olub. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər