00:00:00
Yazar
Admin User
01.12.2025 18:01 81 2 dəq oxuma
Sosial

Psixoloji tükənmişlik sindromu

Psixoloji tükənmişlik sindromu

Universitet yükü, imtahan stresləri, sosial gözləntilər və gələcək narahatlıqları tələbələr arasında psixoloji tükənmişlik hallarını ciddi şəkildə artırır. Bir çox gənc həm dərs, həm iş, həm də şəxsi həyat arasında balans tapa bilmədiyi üçün emosional yorğunluq, motivasiya itkisi və diqqət dağınıqlığı yaşayır. Bu vəziyyət yalnız akademik nəticələrə deyil, həm də ümumi psixoloji sağlamlığa təsir göstərir və günümüzdə tələbələr için ən aktual problemlərdən birinə çevrilir.

 

Mövzu ilə bağlı psixoloq Dilruba Həsənova isə açıqlamasında bildirib ki, tükənmişlik zəiflik deyil, vaxtında müdaxilə etmək olar:

 

“Psixoloq baxımından tələbələrdə psixoloji tükənmişlik adətən davamlı stres və yüksək tələblərin birləşməsindən yaranır. Akademik öhdəliklər, imtahanlar, layihələr, müəllim gözləntiləri və şəxsi məsuliyyətlər zamanla zehni və emosional enerjini tükədir. Sosial müqayisələr və özünü başqaları ilə ölçmək də əlavə stres yaradır.

Bu sindromun təsirləri həm akademik, həm gündəlik həyat baxımından nəzərə çarpır: diqqət və motivasiya azalır, öyrənmə qabiliyyəti zəifləyir, gündəlik fəaliyyətlər yorucu və mənasız görünə bilər, sosial əlaqələrdə geri çəkilmə müşahidə olunur.

Mübarizə üçün tələbələrə tövsiyə olunur ki, öz emosional və fiziki ehtiyaclarını dinləsinlər, fasilələr versinlər, gündəlik planlarını kiçik hissələrə bölsünlər və idman, hobbi kimi stress azaldıcı fəaliyyətlərə vaxt ayırsınlar. Universitetlər isə psixoloji dəstək xidmətlərini gücləndirməli, stress idarəetmə təlimləri keçirməli və tələbə–müəllim münasibətlərində anlayışlı və dəstəkverici mühit yaratmalıdır.

Qısaca, psixoloji tükənmişlik zəiflik deyil; bu, tələblərə cavab verməkdə yaranan təbii reaksiyadır və vaxtında müdaxilə ilə idarə oluna bilər".

 

Tələbə Ayşə Eyvazlı  isə bildirib ki, tükənmişlik normaldır, qarşısını vaxtımızı düzgün bölməklə ala bilərik:

 

“Tələbə kimi desəm, psixoloji tükənmişlik bizdə əsasən davamlı təzyiqdən yaranır. Hər gün dərslər, imtahan qayğısı, layihələr, müəllim tələbləri, üstəlik şəxsi problemlər bir yerdə toplananda beynimiz yorulur. Bir də başqaları ilə özünü müqayisə etmək insana “geri qalmışam” hissi yaşadır və stres daha da artır.

 

Bu vəziyyət həm dərslərə, həm gündəlik həyata təsir edir. Oxumaq istəyi azalır, motivasiya düşür, diqqət yayınır. Nəticədə akademik göstərici zəifləyir. Günlük həyatda isə yorğunluk, həvəsizlik və sosiallaşmaq istəməmək yaranır.

 

Mübarizə üçün tələbə olaraq ən vacibi özünü dinləməkdir: vaxtında fasilə vermək, dərsləri hissə-hissə planlamaq, idman və hobbilərə vaxt ayırmaq kömək edir. Universitetlər də psixoloji dəstək, rahat mühit və daha anlayışlı akademik yanaşma təklif etməlidir.

 

Qısası, tükənmişlik normaldır — vacib olan onu vaxtında idarə etməkdir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər