00:00:00
Yazar
Aise Mustafayeva
24.09.2026 20:09 88 1 dəq oxuma
Maraqlı

Pul xərcləmədən şopinq həzzi: Virtual alış-veriş çılğınlığı yayılır  

 

Pul xərcləmədən şopinq həzzi: Virtual alış-veriş çılğınlığı yayılır

Səbəti bəyəndiyiniz məhsullarla doldurub, heç bir ödəniş etmədən səhifəni bağlayırsınız? Qida və ya geyim sifariş etmək prosesinin özündən zövq alıb, pul xərcləməmək günümüzün yeni trendinə çevrilib.  

 

 

Hindistandan olan iki gənc proqramçı — Purvansh Parmar və Anshul Sharma tərəfindən yaradılan "FoodNeverComes" adlı platforma tam olaraq bu konseptə əsaslanır. Saytın şüarı kifayət qədər diqqətçəkəndir: "Yemək heç vaxt gəlməz, amma dopamin gələr". İstifadəçilər platformada 22 fərqli mətbəxdən istədikləri təamları seçib virtual səbətə əlavə edir, hətta kuryerdən saxta zəng və bildirişlər də alırlar. Lakin sonda heç bir ödəniş olunmur və real yemək gəlmir. Sayt istifadəyə verildiyi qısa müddət ərzində 2,7 milyondan çox ziyarətçi toplayıb.  

 

 

Eynilə Cənubi Koreyada başlayan bu cərəyan çərçivəsində "Dopamine Shop" və "Fakehaul" kimi virtual platformalar da böyük maraq görür. Neyroelm mütəxəssislərinin fikrincə, beynimizdə zövq və həzz hissini yaradan dopamin hormonu məhsula sahib olmaqdan çox, onu "gözləmək" və "arzulamaq" prosesində ifraz olunur. Mütəxəssislər bildirir ki, bu tür simulyasiyalar real pul xərcləmədən alış-veriş psixologiyasını təmin etməyə kömək edə bilər.

 

 

Ayşə Cəfərova

#gündəm #çılğınlığı #şopinq #baki #yayılır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər