00:00:00
Yazar
Nərmin Həşimova
07.07.2026 22:38 50 2 dəq oxuma
Maraqlı

Pulsuzluq: İnsanlığın ən uzun müddətli realiti şousu

Pulsuzluq: İnsanlığın ən uzun müddətli realiti şousu

Pulsuzluq kiminə görə keçici bir durumdur, kiminə görə isə insana bir ömür sadiq dost kimidir. Çünki düzəlmiş kimi olar amma bir də görərsən ki, sabah səninlə yenə bir masa arxasında nahar edir. Həm də sənin son tikənə qədər şərik olar.


Pulsuzluğun pis yanı bilirsiniz nədir? Bu, yoxsulluq deyil, ümidin hələ də davam etməsidir. Çünki insan gələcək həftə düzələr deyə bu yolla ayları başa vura bilir. O həftə isə nədənsə heç cürə gəlməz, amma ümid hər zaman təzə qalar. Zənn edilər ki, maaş alınca hər şey düzələcək, amma maaş da sanki insana salam verib getmiş kimi olar.


Əvvəllər pulsuzkən insanda bir utanc hissi olardı. İndi o utanc hissi də demək olar ki, qalmayıb. Həmçinin, əvvəllər dost-tanış cibimdə 10 manat qalıb deyəndə onun halına üzülənlər olardı. Amma indi "sən varlanmısan",-deyərək gülüb keçirik. Çünki artıq pulsuzluğu deyil, limitləri müzakirə edirik.

Pulsuzluğun bəzi dönəmləri də çox gözəldir. Məsələn, olacaqmış kimi hiss etmək. Soyuducunu açıb görürsünüz ki, bir yumurta, bir soğan, bir az yağ və bir qədər də ümid qalıb. Bu qədər ləvazimatdan dadlı bir yumurta-pomidor olmaz, amma bir şəkildə olacaqmış hissi ilə insan onu bişirər. Elə insanın yaradıcı tərəfləri də pulsuzkən ortaya çıxar.


Bu durumun digər bir tragikomik yanı isə bəzən alış-veriş mərkəzlərində üzə çıxar. Alış-verişi bitirdikdən sonra kassaya yaxınlaşıb hesabı ödəmək istəyərkən kart hesabınızın limiti yetərsiz olaraq görünər. O an insanın içində üsyankar bir səs ucalar: "Nə olsun ki, yetərsizdir, amma buna rəğmən yenə də dürüstəm".


İşin digər qəribə tərəfi isə bu ölkədə çox adamın kasıb olduğunu qəbullana bilməməsidir. Kasıblığının əvəzinə "keçici maddi sıxıntı" olaraq bunu qəbul edər. Bu, "keçici maddi sıxıntı" isə ortalama 25-30 il davam edər və heç cürə düzəlməz.


Pulsuzluq bir xəstəlik deyil, yaşam tərzidir və insan bir yerdən sonra bu duruma alışmış olar. Çünki insanın içində "bəlkə bir gün mən də varlı olaram",-deyə bir ümid hər zaman vardır. O gün gəlib çatdığında isə əminəm ki, çoxları bu cür söyləyəcək. "Artıq pulum var, amma pulsuz günlərimdəki səmimiyyət daha yoxdur".


Ürfət Mirzəyev

#realiti #baki #şousu #i̇nsanlığın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər