Putin BRICS sammitinə videokonfrans vasitəsi ilə qatılacaq
Rusiya Prezidenti Vladimir Putin gələn həftə Rio-de-Janeyroda keçiriləcək BRICS sammitinə videokonfrans vasitəsi ilə qatılacaq.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Putin uzaq məsafədə yerləşən BRIKS ölkələrinin liderləri ilə videobağlantı vasitəsilə əlaqə saxlayacaq.
Dövlət başçısı sammitin plenar iclasında iştirak edəcək.