00:00:00
Yazar
Admin User
29.01.2015 15:05 518 1 dəq oxuma
Dünya

Putin Kiyevi 3 saata alacaq

Vitali Kliçko şəhəri Rusiyaya verməyə hazırlaşır?
Putin Kiyevi 3 saata alacaq

Kiyev meri Vitali Kliçko şəhərin Kreşatik prospektində keçirilən mitinqdə Vladimir Putinin şəhəri 3 saata ala biləcəyini bildirib. 

İnformator.az-ın ANS-ə istinadən verdiyi məlumata görə, sosial müavinətlərin azaldılmasının əleyhinə keçirilən mitinqdə etirazçıları sakitləşdirmək istəyən Kliçko nümayiş iştirakçılarını heyrətləndirib: "Kiyevi tutmaq üçün Putinə neçə saat lazımdır? Deyirlər üç saat, altı-yeddi saat", - deyə Kiyev meri bildirib. 

Kliçko əlavə edib: "Amma o, bunu etməməlidir. Bəzi qüvvələr var…". Sonra isə o, qəfildən səsini kəsib. 

Kliçkonun çıxışı sosial şəbəkələrə yerləşdirildikdən sonra ciddi şərhlərə səbəb olub. Bəziləri onun dövlət sirrini açdığını ehtimal edib, bəziləri isə Kliçkonun Kiyevi 7 saata Putinə verməyə hazırlaşdığını vurğulayıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər