00:00:00
Yazar
Admin User
17.04.2023 09:25 279 1 dəq oxuma
Dünya

Putin Moskvada Çinin müdafiə naziri ilə görüşüb

Putin Moskvada Çinin müdafiə naziri ilə görüşüb

Putin və Çinin müdafiə naziri Şanqfu Moskvada təşkil olunmuş görüşdə hərbi-texniki əməkdaşlığı müzakirə edib.

 

İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, görüş zamanı açıqlama verən Putin iki ölkə arasında münasibətlərin bütün sahələrdə, o cümlədən iqtisadiyyat, sosial, mədəniyyət və təhsil sektorlarında yüksək inkişafdan xəbər verdiyini bildirib. Eyni zamanda hərbi-texniki sahədə də əməkdaşlıq edildiyini, birgə təlimlər keçirildiyini vurğulayıb.

 

Şanfu hərbi əməkdaşlığın beynəlxalq və regional təhlükəsizliyə töhfə verdiyini ifadə edərək, son dövrlərdə Rusiya ilə Çin arasında hərbi-texniki əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini dilə gətirib. 

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər