00:00:00
Yazar
Zəhra Həsənova
13.11.2026 21:44 13 1 dəq oxuma
Siyasət

Putin və Tramp Çində görüşəcəklər - Müzakirə mövzusu nə olacaq?

Putin və Tramp Çində görüşəcəklər - Müzakirə mövzusu nə olacaq?

Dünya siyasətində ABŞ, Rusiya və Çin arasında münasibətlər yenidən diqqət mərkəzinə gəlib. ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüşü gündəmdədir.

 

Siyasi şərhçi Taleh Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, görüş beynəlxalq tədbir çərçivəsində baş tutacağından, onun ayrıca gündəliyinin formalaşması və konkret sənədlərin imzalanması ehtimalı aşağıdır. Buna görə də, müzakirələrin daha çox bəyanat və fikir mübadiləsi xarakteri daşıyacağı gözlənilir.

 

Görüşdə nüvə silahlarına nəzarət, ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət və Tayvan məsələsinin müzakirə olunacağı ehtimal edilir.


Ekspert hesab edir ki, sadalanan məsələlər üzrə tərəflər arasında ciddi razılığın əldə olunması çətin görünür. Çünki ABŞ, Rusiya və Çinin bu məsələlərə dair mövqeləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Ən yaxşı halda tərəflər gələcəkdə danışıqların davam etdirilməsinin vacibliyini vurğulaya bilərlər.


Şərhçinin fikrincə, yeni dünya düzəninin formalaşması prosesində əsas təşəbbüs ABŞ-nin əlindədir. Bununla belə, Vaşinqtonun irəli sürdüyü yanaşmalar Rusiya və Çinin milli və strateji maraqları ilə üst-üstə düşmür. Buna baxmayaraq, hər iki ölkənin qlobal güc mərkəzləri olması onların iştirakı ilə müzakirələri qaçılmaz edir.

 

Sevgi İbrahimova

#xəbər #görüşəcəklər #putin #tramp #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər