Qətər İranla enerji razılaşması barədə məlumatları saxta adlandırıb
Qətər "The Washington Post" (WP) qəzetinin Dohanın enerji sahəsində qərarlarını guya İranla razılaşdırması barədə dərc etdiyi məlumatı təkzib edərək materialda yer alan iddiaları saxta və əsassız adlandırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Qətərin Beynəlxalq Media Bürosunun bəyanatında bildirilib.
Qurum vurğulayıb ki, enerji daşıyıcılarının istehsalı və tədarükünə dair qərarlar heç vaxt İranla razılaşdırılmış şəkildə qəbul edilməyib və Tehranın maraqlarının irəli sürülməsi və ya regiondakı vəziyyətə təsir göstərilməsi ilə bağlı məqsədlər güdməyib.
"Bu cür iddiaların hamısı tamamilə əsassızdır", - bəyanatda qeyd olunub.