00:00:00
Yazar
Zəhra Həsənova
10.04.2026 21:40 31 2 dəq oxuma
Sosial

Qadın hərbçilər üçün yeni qayda tətbiq edilib

Qadın hərbçilər üçün yeni qayda tətbiq edilib

İlham Əliyevin təsdiqlədiyi qanun dəyişikliklərinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunan qadınlarla bağlanan ilkin müqavilənin müddəti artıq 3 il deyil, 6 ay olacaq. Yeni dəyişiklik qadınların hərbi xidmətə qoşulmasını asanlaşdırmaq və bu sahəyə marağı artırmaq məqsədi daşıyır. İndiyədək həm qadınlar, həm də ehtiyatdan və ya müddətli xidmətdən gələn şəxslər üçün ilkin müqavilə 3 il nəzərdə tutulurdu. 
 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev bildirib ki, qadınların hərbi xidmətə başladığı zaman ilkin müqavilə müddətinin azaldılması heç bir risk yaratmır:

 

“Əvvəllər heç bir zaman hərbi xidmətdə olmayan qadınlar üçün bu müddət uyğunlaşmaq və hərbi xidmətin xüsusiyyətləri ilə tanış olmaq üçün optimal bir dövrdür. Bu 6 aylıq müddət başa çatdıqdan sonra növbəti müqavilə yenə 3 il müddətinə bağlanacaq. Çünki qadınların həm ailə vəziyyəti, həm də fizioloji durumları ilə bağlı müəyyən səbəblərdən üç illik ilkin müqavilə onlar üçün kifayət qədər uzun idi. Bəzən ailə qurulması, bəzən analıq vəziyyəti və xidmətin digər xüsusiyyətləri səbəbindən onlar 3 illik müddəti tam başa vurmadan müqaviləni dayandırmaq məcburiyyətində qalırdılar. İndi isə 6 ay müddəti kifayət qədər qısa bir dövrdür. Bu müddət ərzində xidmətin bütün xüsusiyyətləri ilə tanış olub, daha sonra ikinci müqavilənin uzadılması barədə daha rahat qərar qəbul edəcəklər. Bu qərar beynəlxalq təcrübə ilə də ziddiyyət təşkil etmir. Müddətin 3 il deyil, 6 ay olması qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb olunmasına şərait yaradacaq və onların bir çox sahələrdə daha geniş təmsil olunması ilə nəticələnəcək”.

 

Fatimə Hüseynli

#qadın #edilib #qayda #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər