00:00:00
Yazar
Səadət Əlizadə
30.10.2026 23:28 33 2 dəq oxuma
Siyasət

Qalibaf: ABŞ ilə danışıqlarda irəliləyiş İranın 7 şərtindən asılıdır

Qalibaf: ABŞ ilə danışıqlarda irəliləyiş İranın 7 şərtindən asılıdır

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ ilə danışıqlarda irəliləyiş yalnız İranın irəli sürdüyü 7 şərt razılaşdırıldıqdan sonra mümkündür. O, bu şərtlərin vasitəçilərə dəfələrlə çatdırıldığını və ABŞ-nin təzyiq siyasətinin İrana təsir etmədiyini vurğulayıb. 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Elşad Mirbəşir bildirib ki, Ayətullah Xameneinin ölümündən sonra bir qədər gec də olsa sərbəst oldum. Onsuz da cavab verirəm, onsuz da vəziyyət kifayət qədər kövrəkdir, yəni Yaxın Şərqdə təhlükəlidir və hətta seçkilərdən sonra, buştakı seçkilərdən sonra ciddi bir qarşıdurmanın ola biləcəyi də proqnozlaşdırılır:

 

“Şərtlərin irəli sürülməsi həm onların qəbul olunması anlamına gəlmir, həm də bu, tərəflər arasında bir uzlaşma nöqtəsi kimi qəbul olunmur. Xatırlayırsınızsa, bundan öncə də 60 günlük bir razılaşma əldə olunmuşdu. O müddətdə tərəflər mövqelərini uzlaşdırıb bir razılıq əldə edəcəkdilər, amma qısa zaman kəsiyində yenidən qarşıdurmalar baş verib. Ona görə də burada şərtlər bəllidir: yəni İranın irəli sürdüyü yeddi şərt içərisində yeni bir şey yoxdur. O 60 günlük razılaşma çərçivəsində də mahiyyət etibarilə oxşar şərtlər irəli sürülmüşdü.
Burada əsas problem odur ki, tərəflər arasında etimad mühiti yoxdur. Çünki biz dəfələrlə görmüşük ki, ötən ilin yayından bu qarşıdurmalar fasilələrlə başladığı vaxtdan etibarən, tərəflərin müzakirə apardıqları dövrdə qarşıdurmalar da baş verib”. 


Müsahibin sözlərinə görə, hərbi qarşıdurmalarla paralel dialoq mühiti də var idi, yaxud da ki, dialoqun olduğu halda da hərbi qarşıdurmalar fasilələrlə davam edib:

 

“Bu baxımdan düşünürəm ki, burada təminatverici tərəfin olması çox vacibdir, yəni ciddi bir vasitəçinin olmasına ehtiyac var. Düzdür, tutaq ki, bundan öncə Pakistanın vasitəçiliyi olmuşdu, amma belə görünür ki, daha ciddi bir etimad mühitinin yaradılmasına ehtiyac vardır. Regionda geniş hərbi qarşıdurma ehtimalı ciddidir. Ona görə də bütövlükdə regionun təhlükəsizliyi üçün ciddi təhdidlər vardır. Əgər Qalibafın da dediyi kimi, parlamentin sədri Qalibafın dediyi kimi, yəni İran Amerika Birləşmiş Ştatlarının təzyiqlərindən çəkinmir və biz görürük ki, müqavimət də göstərmək imkanlarını hələlik özündə saxlayır”.


Həmçinin o qeyd edib ki, əgər genişmiqyaslı qarşıdurma baş verərsə, bu, həm region ölkələri üçün ciddi təhdid yaradacaqdır, həm də bütövlükdə dünya iqtisadiyyatı üçün çox ciddi zərbələr, təzyiqlər yaradacaqdır:

 

“Eləcə də Hörmüz boğazından keçidin məhdudlaşdırılması biz görürük ki, dünya enerji bazarında və digər bazarlarda nə dərəcədə ciddi gərginlik yaradıbdır. Bu baxımdan hesab edirəm ki, bugünkü gün əsas məsələ ciddi bir dialoq platformasının olmasıdır və tərəflər mütləq şəkildə kompromisə getməlidirlər, hər hansı bir formada mövqelərini uzlaşdırmalıdırlar, əks təqdirdə hesab edirəm ki, bir razılıq əldə etmək çətin olacaq”.

 

Aysu Abbasova

#yeni #gündəm #azərbaycan #irəliləyiş #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər