Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehranla danışıqlar prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yaydığını bildirib.
"İnformator.az" xəbər verir ki, İran parlamentinin sədri bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Amerika Prezidenti bir saat ərzində yeddi bəyanat verib və onların heç biri doğru deyil", - Qalibaf yazıb.
O, həmçinin vurğulayıb ki, Vaşinqton danışıqlar prosesində Tehranın bütün tələblərini yerinə yetirməsinə nail ola bilməyəcək.
Qalibaf həmçinin ABŞ-nin Fars körfəzindəki İran limanlarının blokadasından imtina etməyəcəyi təqdirdə İranın Hörmüz boğazını yenidən bağlamağa hazır olduğunu təsdiqləyib.
Cümə günü Donald Tramp "Truth Social" sosial şəbəkəsində bir sıra paylaşımlar edib. O, İranın nüvə proqramını ləğv etməyə razı olduğunu və zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə hazır olduğunu iddia edib.