00:00:00
Yazar
Nərmin Həşimova
06.07.2026 19:54 30 1 dəq oxuma
Siyasət

“Qalibafın bəyənatı ABŞ-yə siyasi mesaj kimi qiymətləndirilə bilər”- ŞƏRH

“Qalibafın bəyənatı ABŞ-yə siyasi mesaj kimi qiymətləndirilə bilər”- ŞƏRH

İranla ABŞ arasında sülh yoxdur.

Bunu İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişlə Tehranda baş tutan görüşdə deyib.


Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Qalibafın bu bəyanatı İran daxilində hakimiyyətin ABŞ-yə münasibətdə prinsipial mövqeyini nümayiş etdirməyə hesablanan siyasi mesaj kimi qiymətləndirilə bilər:


“Bu cür açıqlamalar göstərir ki, tərəflər arasında müəyyən təmaslar və ya məhdud razılaşmalar olsa belə, Tehran Vaşinqtonla münasibətləri normallaşan və ya etimad mühitinə əsaslanan əlaqələr kimi təqdim etmək niyyətində deyil. Bu isə onu göstərir ki, İran-ABŞ münasibətlərində gərginliyin əsas səbəbləri aradan qalxmayıb və istənilən vaxt yeni böhran elementləri meydana çıxa bilər. Region baxımından isə bu cür sərt bəyanatlar Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirə bilər. İranın ABŞ və İsraillə bağlı ritorikası adətən regiondakı proksi qüvvələrin fəaliyyətinə, həmçinin Livan, Qəzza, Suriya və Qırmızı dəniz istiqamətində proseslərə də psixoloji və siyasi təsir göstərir. Bununla yanaşı, təkcə bəyanatlar müharibə demək deyil. Əsas məsələ tərəflərin diplomatik kanalları açıq saxlayıb-saxlamayacağı və gərginliyin praktiki addımlarla müşayiət olunub-olunmayacağıdır. Hazırkı mərhələdə ritorikanın sərtləşməsi riskləri artırsa da, bu, avtomatik olaraq yeni hərbi eskalasiya anlamına gəlmir”.


Nurgün Qənizadə

#azərbaycan #qiymətləndirilə #yeni #şərh #bilər”-
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər