00:00:00
Yazar
Admin User
29.12.2025 15:12 124 2 dəq oxuma
Mədəniyyət

Qanbay Qasımlı və Sherlock Holmes: Analitik düşüncənin ədəbiyyatda izləri

Qanbay Qasımlı və Sherlock Holmes: Analitik düşüncənin ədəbiyyatda izləri

 

Elxan Elatlının Qanbay Qasımlı obrazı analitik düşüncə və müşahidə qabiliyyəti ilə seçilir. Tənqidçilər tez-tez onu Sherlock Holmes ilə müqayisə edirlər. Lakin Qasımlı obrazı milli və sosial xüsusiyyətləri ilə fərqlənir.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında detektiv yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Elatlı bildirib ki, əsas oxşarlıq, əlbəttə, hər ikisində bir xəfiyyə kimi analitik düşüncə, diqqətlilik, müşahidə və hadisələrə məntiqi yanaşma qabiliyyətinin olmasıdır:

 

“Eyni zamanda hər ikisi apardıqları təhqiqatların sonunda ilahi ədalətin bərqərar olmasına çalışır. Şerlok Holmsda bir qədər özündən razılıq və hətta lovğalıq əlaməti var. Bu Qanbay Qasımlıda yoxdur.

Şerlok Holms bəzən çox danışır (Ekyül Puaro qədər olmasa da). Qasımlı isə istər təhqiqat zamanı, istərsə də, adi söhbətdə susmağa daha çox üstünlük verir.
Holms üçün hüquqlarını qoruduğu insanların milli kimliyinin fərqi yoxdur. Qasımlı da millətçi deyil, lakin Holmsdan fərqli olaraq bir çox hallarda xaricdə apardığı təhqiqatlarda azərbaycanlılar üçün xüsusi fədakarlıq edir. Şerlok Holms bir xəfiyyə obrazı kimi dünyada sevilsə də, obraz olaraq tam deyil. Şəxsi həyatı, özəl hissləri oxuculara çatdırılmayıb. Qasımlı isə Olqa adlı birini sevib, evlənib və onun ölümündən uzun illər keçsə də, unutmur, xatirəsini əziz tutur. Qanbay Qasımlı obrazını oxucular təkcə bir xəfiyyə olaraq deyil, eyni zamanda insan kimi sevirlər. Çünki ədalətlidir, səbirlidir, az danışır, hər bir işində dəqiqdir. Qadınlara qarşı pərdəli, ciddi, eyni zamanda hörmətkar münasibəti var. Sevgisinə sadiqdir, xəyanətə nifrət edir”.

 

Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər