Qara Dənizdə dron hücumları: Bolqarıstan Rusiyanın səfirini çağırıb
Qara dənizdə ticarət gəmilərinə olunan növbəti dron hücumlarından və bir gəminin batmasından sonra Bolqarıstanın Baş naziri Rumen Radev Rusiyanın səfiri Eleonora Mitrofanovanı çağırdığını bildirib.Krapets kəndindən 17 dəniz mili (31 km) şərqdə vurulan gəmi batıb. Ekipajın 11 üzvü itkin düşüb, 1 nəfər xilas edilib. Byala şəhərindən 18 dəniz mili aralıda Ukraynaya məxsus digər gəmi hücuma məruz qalıb.
Ekipajın bütün 15 üzvü xilas olunub. Vurulan gəmilərdən biri Ukraynanın Odessa şəhərində qeydiyyatda olan və Malta bayrağı altında üzən Chelsea 3 gəmisidir. Onun 5 ekipaj üzvü yüngül xəsarətlərlə müalicə olunur.Bir həftə öncə Bolqarıstanın müstəsna iqtisadi zonasında daha iki gəmi vurulmuşdu. Baş nazir Rumen Radev bildirib ki, hücumu kimin etdiyinə dair qəti sübut olmasa da, "məntiq bu nəticənin Rusiya Federasiyasına fayda verdiyini göstərir". Səfir Eleonora Mitrofanova Rusiya Müdafiə Nazirliyindən məlumat almadığını və bunun üçüncü tərəfin təxribatı ola biləcəyini qeyd edib. Hücumlar Bolqarıstanın ərazi sularının tam xaricində baş verib. Əgər hadisə cəmi bir neçə dəniz mili qərbdə (ərazi sularında) baş versəydi, NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsi işə düşə bilərdi.NATO-nun Qara dənizdəki müttəfiqlərlə əməkdaşlığı davam etdirəcəyini, şərq cinahında caydırıcılıq və müdafiə mövqeyinin tənzimlənəcəyini bildirib.
Ursula fon der Lyayen (Avropa Komissiyasının Sədri): Qara dənizin "Rusiyanın Ukraynadakı müharibəsinin növbəti eskalasiya cəbhəsinə" çevrilməsini qəbuledilməz adlandırıb.Andriy Sibiha Rusiyanın mülki gəmilərə hücum etməklə ərzaq təhlükəsizliyini və dəniz təhlükəsizliyini qəsdən pozduğunu, buna güc ilə cavab verilməli olduğunu bildirib.Rusiya hərbi rəhbərliyi bu konkret hücumla bağlı şərh verməsə də, daha əvvəl Ukrayna limanlarına silah və ikili təyinatlı yük daşıyan gəmiləri hədəf aldığını bəyan edib. Kiyev və avropalı müttəfiqləri isə mülki və taxıl daşıyan gəmilərin vurulduğunu vurğulayır.
Səkinə Musayeva