Qarabağ Azərbaycandır!
44 günlük Vətən müharibəsi mənim yaddaşıma təkcə bir hərbi qələbə kimi deyil, 30 illik ədalətsizliyə son qoyan Böyük Zəfər kimi həkk olunub.
Döyüş meydanında göstərilən qəhrəmanlıq, 300-dən çox şəhər və kəndin azad edilməsi və xüsusilə də keçilməz qala sayılan Şuşanın azad olunması müharibənin taleyini həll etdi. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edilməsi isə bizim tarixi ləyaqətimizin və ədalətin bərpa olunduğu an idi.
Mənim üçün bu kapitulyasiya sadəcə bir sənəd deyil. Kapitulyasiya aktı sayəsində Kəlbəcər, Laçın və Ağdam rayonları tək bir şəhid belə vermədən, qan tökülmədən Azərbaycana qaytarıldı. İllərlə "yeni ərazilər uğrunda yeni müharibə" hədələri gələn, "Qarabağ Ermənistandır" deyənlər döyüş meydanında diz çökdürüldü və "Qarabağ Azərbaycandır!" gerçəkliyini qəbul etməyə məcbur oldu. 2023-cü ilin sentyabrında Xankəndidə həyata keçirilən birgünlük antiterror əməliyyatı ilə separatçılıq yuvasına son nöqtə qoyuldu və ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi.
Bu gün Xankəndidə, Şuşada bayrağımızın dalğalanmasını görmək, keşmiş köçkünlərin "Böyük Qayıdış"la öz doğma ocaqlarına dönməsinə şahid olmaq mənim ən böyük qürur mənbəyimdir. Biz bu Zəfəri canı-qanı bahasına bizə bəxş edən şəhidlərimizi heç vaxt unutmayacağıq. Azərbaycan bundan sonra da elə güclü olacaq ki, bir daha heç kim torpağımıza göz dikməyə cürət etməsin!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu! Yaşasın Azərbaycan!
Nigar Həsənzadə