00:00:00
Yazar
Admin User
02.03.2016 06:47 519 1 dəq oxuma
Siyasət

Qarabağ döyüşlərində Azərbaycan ordusunun uğurlu əməliyyatı

Qarabağ müharibəsi zamanı erməni terrorçularının soydaşlarımıza qarşı törətdiyi qətliamlarla bağlı hər kəsin kifayət qədər məlumatı var.
Qarabağ döyüşlərində Azərbaycan ordusunun uğurlu əməliyyatı

Qarabağ müharibəsi zamanı erməni terrorçularının soydaşlarımıza qarşı törətdiyi qətliamlarla bağlı hər kəsin kifayət qədər məlumatı var.

İnformator.az xəbər verir ki, Qarabağda xüsusilə də Xocalıda, Malıbəylidə, Laçında, Kəlbəcərdə qətliam törədən erməni quldurlarının işğal olunan rayonlarımızın yüzlərlə sakini bu qəddarlığın qurbanı olub. Qarabağ müharibənin gedişi dövründə Birinci Gəncə Özünümüdafiə batalyonun əfsanəvi komandiri Mehman Ələkbərovun rəhbərliyi ilə Xocalıda baş verən soyqırımın qisası lazımınca alındı. Belə ki, peşəkar qatillərdən ibarət Beynəlxalq Arabo qruplaşmasının 160-dan çox baş kəsəni ordumuz tərəfindən 3 saat ərzində məhv edildi. Azərbaycan ordusu soydaşlarımıza qarşı qətliamlarda iştirak edənlərin bir çoxuna layiq olduğu cəzanı verdi. Sosial mediada yayılan bir videoda Azərbaycan ordusunun 1992-ci ilin iyul ayındakı sözügedən uğurlu əməliyyatı öz əksini tapıb.


Qeyd edək ki, komandir Mehman Ələkbərov Qarabağda yox, erməni gülləsiylə yox, öz şəhərində, “qardaş” gülləsiylə şəhid oldu.1993-cü il iyunun 4-də, Gəncədə 709-№li hərbi hissə dövlət qoşunları tərəfindən mühasirəyə alınarkən Mehman qardaş qırğınının qarşısını almaq məqsədiylə əlində ağ bayraq onlara tərəf gedib və silahları endirməyə çağırıb. Ancaq Mehmanın bu çağırışı onu ölümün girdabına itələyib, Mehmanın çağırışına güllə ilə cavab verən “qardaşlar” onu amansızlıqla güllələyib. Sapı özümüzdən olan baltaların 18 gülləsiylə igid komandir 36 yaşında yerindəcə həlak olub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər