Qarabağ Universiteti
Qarabağ Universiteti Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaradılan bu ali təhsil ocağı, regionda elmi-tədris mühitinin yenidən qurulmasının rəmzinə çevrilib. Universitet qısa müddətdə innovativ yanaşması, müasir tədris infrastrukturu və tələbə yönümlü təhsil modeli ilə diqqət çəkir.
“İnformator.az”a danışan Qarabağ Universitetinin Pedaqoji fakültəsinin Xarici dil müəllimliyi ixtisasının birinci kurs tələbəsi Seydəliyeva Minayə bildirib ki, Qarabağ Universitetində təhsil almaq bizim üçün böyük qürurdur və biz inanırıq ki, Qarabağ Universiteti gələcəkdə ölkənin ən qabaqcıluniversitetlərindən biri olacaq:
"Qarabağ Universitetində təhsil almaq tələbələrə bir çox üstünlüklər - müasir tədris metodları, texnoloji avadanlıqlar, təqaüd və təcrübə proqramları kimi imkanlar qazandırır. Universitetimizdə tələbələrin şəxsi inkişafı üçün müxtəlif seminarlar, təlimlər, tələbə klubları və könüllülük layihələri təşkil olunur. Təmiz və sakit oxu otaqları, kitabxana, istirahət zonaları və tələbələr üçün düşünülən digər şəraitlər mövcuddur. Sakit və təhlükəsiz mühitdə təhsil almaq tələbələrin dərsə fokuslanmasını asanlaşdırır".
Banuçiçək Məmmədova
