00:00:00
Yazar
Admin User
19.12.2025 10:09 106 2 dəq oxuma
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzurda tekstil sənayesi yeni mərhələyə keçir

Qarabağ və Şərqi Zəngəzurda tekstil sənayesi yeni mərhələyə keçir

Qarabağda tekstil sahəsi yeni iş imkanları yaradır! Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratın açıqlamasına görə, bölgədə 5-10 min nəfərə yaxın insan bu sahədə işlə təmin ediləcək. Layihənin məqsədi yalnız iş yerləri yaratmaq deyil, həm də Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığı gücləndirməkdir.

 

Mövzu ilə bağlı "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev açıqlamasında bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı ilə bağlı dövlət proqramı mövcuddur:

 

"Həmin proqram çərçivəsində bölgədə yeni klasterlərin yaradılması, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu baxımdan yüngül sənaye, xüsusilə də tekstil və geyim sənayesi üçün sözügedən ərazilər əlverişli mövqe hesab olunur. Eyni zamanda bölgəyə köçən əhalinin hazırlıq səviyyəsi bu sahədə fəaliyyətin qurulması üçün münasib imkanlar yaradır. Qeyd etmək lazımdır ki, gələcəkdə bölgədə yun sənayesinin və pambıqçılığın inkişafı planlaşdırılır. Bu isə tekstil və geyim sənayesi üçün əsas xammal bazasının formalaşmasına xidmət edəcək. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının müxtəlif sahələrinin-meyvəçiliyin, texniki bitkilərin becərilməsinin, üzümçülüyün, narçılığın inkişaf etdirilməsi nəzərdə tutulur. Heyvandarlıq sahəsində isə xırdabuynuzlu və iribuynuzlu mal-qaranın saxlanıldığı kiçik və orta təsərrüfatların formalaşdırılması planlaşdırılır".

 

Həmçinin Ruslan Atakişiyev vurğulayıb ki, emal sənayesinin inkişafı da prioritet istiqamətlərdəndir:

 

"Xüsusilə kənd təsərrüfatı məhsullarının emalı məqsədilə qida sənayesi müəssisələrinin, o cümlədən ət kombinatlarının yaradılması nəzərdə tutulur. Sənaye sahələri üzrə isə bölgədə çay yataqlarında çınqıl istehsalı, müxtəlif tikinti materiallarının, o cümlədən əhəng istehsalının həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda ərazinin zəngin su ehtiyatları balıqçılıq təsərrüfatlarının inkişafı üçün geniş imkanlar yaradır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur bölgəsi zəngin termal və müalicəvi sulara malikdir. Bu amil sanatoriya-kurort və turizm sahəsinin inkişafı üçün əlverişli şərait yaradır və sözügedən istiqamətlər üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulur".

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər