00:00:00
Yazar
Admin User
03.09.2025 15:09 150 1 dəq oxuma
Mədəniyyət

Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Qarabağda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

Yaxın vaxtlarda Qarabağda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçiriləcək.

 

"İnformator.az" "Report.az"a istinadla xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva məlumat verib.

 

Onun sözlərinə görə, forum "Konstitusiya və Suverenlik İli"nə həsr olunacaq.

 

Ü.Qarayeva QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da ciddi hazırlıq görüldüyünü diqqətə çatdırıb:

 

"Bundan əvvəlki proqramlar Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxı şəhərlərində keçirilib. Yəni ilk dəfədir ki, proqramın azad edilmiş ərazilərdə təşkili nəzərdə tutulur".

 

Xatırladaq ki, Azərbaycan QHT-lərinin geniş müzakirə platforması hesab edilən illik toplantısı - Əməkdaşlıq Forumu artıq üç ildir təşkil olunur. Tədbir 2023-cü ilin noyabrında Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda Zəngilanda yerləşən Konqres Mərkəzində keçirilib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər