00:00:00
Yazar
Admin User
14.10.2025 14:03 141 1 dəq oxuma
Mədəniyyət

Qarabağda keçirilən "Mənəvi dəyərlər" həftəsi başa çatıb

Qarabağda keçirilən "Mənəvi dəyərlər" həftəsi başa çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Mənəvi dəyərlər" həftəsi çərçivəsində tələbələr oktyabrın 14-də Ağdam, Bərdə və Laçın rayonlarına səfər ediblər.

 

"İnformator.az" xəbər verir ki, Ağdam Şəhidlər xiyabanını ziyarət edən tələbələrə burada dəfn olunan şəhidlər və Milli qəhrəmanlar haqqında ətraflı məlumat verilib, onların əziz xatirəsi ehtiramla yad olunub.

 

Daha sonra Ağdam Cümə məscidini ziyarət edən layihə iştirakçılarına ibadət evinin işğal dövründə ermənilər tərəfindən təhqir olunması haqqında danışılıb. Həmçinin işğaldan sonrakı bərpa prosesinin, Ağdamda aparılan genişmiqyaslı quruculuq işlərinin əhəmiyyəti vurğulanıb. Ziyarət zamanı Aİİ tələbələri tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna Quran tilavəti edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər