00:00:00
Yazar
Admin User
13.12.2023 18:41 544 1 dəq oxuma
İqtisadiyyat

Qarabağda əkin üçün torpaq islahatı hazırlanır

Qarabağda əkin üçün torpaq islahatı hazırlanır

"İşğaldan azad olunan ərazilərdə toplam əkinə yararlı torpaqların həcmi 160 min hektara yaxındır". Bu barədə Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov jurnalistlərə açıqlama verib. O bildirib ki, bu, kosmosdan aparılan çəkilişlərə əsasən müəyyən olunub. 

 

"Əkin aparılacaq sahələrin həcmi isə iqlim, torpağın münbitliyi və digər amillərdən asılı olacaq".

 

Məcnun Məmmədov qeyd edib ki, Qarabağda əkin üçün torpaq islahatı hazırlanır.

 

"İşğaldan azad olunmuş ərazilərdə əkin həyata keçirilməsi üçün torpaq islahatlarının hazırda yekun mərhələsindədir, torpaq islahatlarının yekun qərarı olduqdan sonra ona müvafiq olaraq həyata keçiriləcək. Hazırda müəyyən əkin həyata keçirilib, amma təəssüf ki, son bir neçə ildə dəmyə əkinləri öz müsbət nəticələrini verməyib".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər